İsrail və Fələstin gərginliyin qarşısını almaq üçün birtərəfli tədbirlərə son qoymağa razılaşıb

İsrail və Fələstin nümayəndə heyətləri qarşıdakı 3-6 ay ərzində istənilən birtərəfli tədbirləri dayandırmaq barədə razılığa gəliblər.

Bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qərar gərginliyin qarşısını almaq üçün Şarm əl-Şeyx şəhərində keçirilən təhlükəsizlik iclasında qəbul edilib. Tədbirdə Misir, İordaniya və ABŞ-dan da nümayəndə heyətləri iştirak ediblər.

“İsrail hökuməti və Fələstin Milli Administrasiyası 3-6 ay müddətində birtərəfli tədbirlərə dərhal son qoymağa hazır olduqlarını və birgə öhdəliklərini təsdiqləyiblər”- məlumatda vurğulanıb.

Sənəd İsrailin yaxın dörd ayda yaşayış məntəqələrinin genişləndirilməsi və altı ay ərzində tikintiyə icazələrin verilməsinə xitam verilməsi ilə bağlı müzakirələri dayandırmasını nəzərdə tutur.

Share: