İsrail səfirlikləri ümummilli etiraz aksiyalarına qoşuldular: Bəziləri işini dayandırdı

İsrailin dünya üzrə diplomatik nümayəndəliklərinə məhkəmə islahatlarına etiraz olaraq keçirilən ümummilli tətilə qoşulmaq göstərişi verilib.

Bu barədə “Reuters” agentliyi məlumat verib.

Agentliyin əldə etdiyi sənədlərə görə, İsrail səfirlikləri yalnız təxirəsalınmaz hallarda xidmət göstərəcəklər.

İsrailin ABŞ və Fransadakı səfirlikləri artıq fəaliyyətlərini dayandırdıqlarını öz sosial şəbəkələrində təsdiqləyiblər.

İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti isə hələ ki məsələ ilə bağlı açıqlama verməyib.

Share: