İsrail prezidentinin arvadı öldü

İsrail Prezidenti Reuven Rivlinin həyat yoldaşı Nehama Rivlin 73 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisindən bildirilib.

Nehama Rivlin uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib. Ona bir neçə ay əvvəl yeni orqan köçürülüb.

Qeyd edək ki, Nehama Rivlin 1971-ci ildən hazırkı İsrail Prezidenti Reuven Rivlinlə ailə həyatı qurub.

 

Share: