İsrail hökuməti Ağ Evin etirazları maliyyələşdirməsindən şübhələnir

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

İsrailin Baş naziri Benyamin Netanyahuya yaxın yüksək vəzifəli məmur bəyan edib ki, hökumətin mübahisəli məhkəmə islahatlarına qarşı kütləvi etirazlar qismən ABŞ Prezidenti Co Baydenin administrasiyası tərəfindən maliyyələşdirilir.

“Bu, çox yüksək səviyyəli təşkilatdır. Elə bir mərkəz var ki, oradan bütün nümayişçilər mütəşəkkil şəkildə idarə olunur”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, hökumət ölkədəki etirazların “milyonlarla dollar” hesabına maliyyələşdiyinə əmindir.

Bundan əlavə, Netanyahunun oğlu Yair “Breitbart” saytında dərc olunan və ABŞ Dövlət Departamentinin hökumət əleyhinə nümayişlərdə iştirak edən qruplardan birini maliyyələşdirdiyi iddia edilən məqaləyə diqqət çəkib.

Bildirilir ki, bu cür bəyanatlar iki ölkə rəhbərliyi arasında münasibətlərdə çətinliklərin olduğunu nümayiş etdirir. Vurğulanır ki, baş nazir olduğu iki aydan artıqdır ki, Netanyahu Ağ Evdən Baydenlə görüş üçün dəvət almayıb.

Xatırladaq ki, bir neçə həftədir ki, İsraildə Netanyahu hökumətinin siyasətinə və təklif etdiyi məhkəmə islahatlarına qarşı irimiqyaslı etirazlar davam edir. Martın 12-də bütün İsraildə etiraz aksiyalarına 250 minə yaxın insan qatılıb.

Mənbə: gazeta.ru

Share: