İsrail hakimiyyəti bir sıra Yaxın Şərq ölkələrində səfirliklərinin müvəqqəti bağlandığını elan edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail bir sıra Yaxın Şərq ölkələrində – Bəhreyn, Misir, İordaniya, Mərakeş və Türkiyədə səfirliklərini bağlayır.

Bu barədə İsrailin ictimai teleradio şirkətinin cümə axşamı “X” sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib.

İsrail mətbuatının məlumatına görə, hazırda dünyada 20-yə yaxın İsrail diplomatik missiyasının işi bu və ya digər şəkildə məhdudlaşdırılıb. İşçilərə evdə qalmaq və uzaqdan işləmək və ya olduqları ölkə hüdudlarında daha təhlükəsiz şəhərlərə köçmək tapşırılıb.

Mənbə: İnterfax

Share: