İsrail həbs etdiyi HƏMAS tərəfdarlarının sayını açıqladı

7 oktyabrdan bəri İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində HƏMAS-ın 500-ə yaxın fəalını saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb:

“Hərbi əməliyyatların başlanmasından bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb ki, onlardan 500-ə yaxını HƏMAS terror təşkilatı ilə əlaqəlidir”.


Share: