İsrail Beyruta PUA ilə zərbə endirib, altı nəfər ölüb

İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı artıb.

xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat verib.

Dron hücumu zamanı baş verən partlayışlarda altı nəfər ölüb.

HAMAS-ın hərbi qanadı olan Əl-Qəssam briqadalarının iki komandirinin də öldürüldüyü bildirilir.

***

Saat 21:14

İsrailin Beyruta zərbələri nəticəsində HAMAS-ın yüksək rütbəli rəsmisi həlak olub.

xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Saleh əl-Aruri İsrailin dron hücumu nəticəsində həlak olub.

Bildirilib ki, daha üç fəal öldürülüb.

Yaralıların dəqiq sayı bəlli deyil.

Saat 20:41

İsrail pilotsuz uçuş aparatları ilə Livanın paytaxtı Beyrutu vurub.

xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.

Zərbələr Əl-Müşərrəfiyyə bölgəsində Fələstinin HAMAS radikal hərəkatının ofisinə endirilib.

Əraziyə təcili yardım maşınları cəlb olunub.

Qeyd olunub ki, bu, 2006-cı ildən bəri İsrailin Beyruta ilk zərbəsidir.

Share: