İspaniyalı aktrisa vəfat etdi

İspaniyalı aktrisa Mersedes Luzuriaqa 96 yaşında dünyasını dəyişib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb.

Luzuriaqa 16 noyabr 1927-ci ildə Bilbaoda anadan olub. 1950-ci illərin əvvəllərindən müxtəlif teatr səhnələrində çıxış edib

Aktrisa daha çox “Camera café” komediya serialındakı Asun Sempere rolu ilə tanınıb.

O, həmçinin “Aida”, “Central Hospital”, “The One Who Comes”, “What an Unhappy Life”, “Tell Me How It Happened”, “Fibrillating”, “No One Lives Here” və digər filmlərdə rol alıb.

Share: