İspaniyada son beş gündə 240-a yaxın insan istidən ölüb

İspaniyada anomal istilər səbəbindən 240-a yaxın insan həyatını itirib.

Müstəqil.Az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, iyulun 10-dan 14-dək havanın temperaturununyüksək olması səbəbindən 237 nəfər ölüb. Ən çox insan təlafatıiyulun 14-də qeydə alınıb.Belə ki, həmin gün krallığın 93 sakini dünyasını dəyişib.

Sinoptiklərin məlumatına görə, son günlər İspaniyada havanın temperaturu 40 dərəcədən yüksəkdir, bəzi bölgələrdə isə 45°-yə çatıb.

Share: