İspaniyada seçkilər zamanı bir nəfər öldü

İspaniyada keçirilən növbədənkənar parlament seçkilər zanamı bir nəfərər ölüb.

San Sebastyan şəhərində yerləşən seçki məntəqəsində bir nəfər dünyasını dəyişib. Həmin adam ürək iflici səbəbindən ölüb. Hadisə yerinə gələn həkim xəstəni xilas edə bilməyib.

Xatırladaq ki, bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.

Seçkilərdə sosialistlərin rəqibləri liberal “Vətəndaş partiyası”, sol partiya “Podemos”, ultra-sağ partiya “Voks” və sağ mərkəzçi “Xalq partiyası”dır.

Nəticələrin mayın 13-də elan olunacaq.

Share: