İspaniya ordusu Ukrayna hərbçilərinə təlim keçəcək

İspaniya ordusu Ukrayna hərbçilərinə Saraqosada təlim keçəcək.

Ölkədə Ukrayna hərbi kontingentinə təlim keçmək üçün hazırlıqlar gedir.

Məlumata görə, bu yolla İspaniya Müdafiə Nazirliyi Ukrayna qarşısında götürdüyü öhdəliklərdən birini yerinə yetirir.

Vurğulanır ki, ukraynalı əsgərlər hərbi xidmətə göndərilməzdən əvvəl təlimə qqatılacaqlar.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya da ukraynalılara təlim keçməyə başlayıb. Sentyabrın əvvəlinə olan məlumata görə, artıq 4,7 min nəfərə yaxın hərbçi səfərbərlik kursunu bitirib. Onlara piyadaların əsas bacarıqları, o cümlədən silahlardan istifadə, ilkin hərbi tibbi yardım, patrul texnikası və s. öyrədilib.

Mənbə: unian.net

Share: