İspaniya məhkəməsi ETA liderlərindən birinə 425 illik həbs cəzası verdi

İspaniyanın Milli Məhkəmə Kollegiyası baskların ETA terror qruplaşmasının liderlərindən biri Soledad İparraqirre Qeneçeanı 425 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə bazar ertəsi ədliyyə orqanının yaydığı press-relizdə deyilir.

Məlumata görə, qadın, xüsusən də 20 adam öldürməyə cəhdə görə bu həbs cəzasını alıb. ETA-nın keçmiş lideri 1985-ci ilin mayında futbol matçı ərəfəsində Vitoriyada maşınlardan birinə bomba qoyularaq hücum təşkil etmək cəhdində iştirak edib. Partlayıcı hüquq-mühafizə orqanlarının əməkdaşlarının səyi nəticəsində işə düşməyib.

Müttəhimin 1985-ci ildə baqajında ​​partlayıcı qurğu quraşdırılmış avtomobili idarə etdiyi sübuta yetirilib. Avtomobil polis furqonlarının olduğu yerdə saxlanılıb.

Qeyd edək ki, ETA 1959-cu ildə yaradılıb və 2018-ci ilin may ayının əvvəlində qrup fəaliyyətini tamamilə dayandırdığını elan edib.

Mənbə: TASS

Share: