İsmayıllıda 30 yaşlı kişini avtomobil vurub

İsmayıllı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Nağıyev Ceyhun Fazil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Share: