İsmayıllı sakinini ilan sancıb, vəziyyəti ağırdır

İsmayıllıda kənd sakinini ilan sancıb.

APA xəbər verir ki, hadisə rayonun Pirdinar kəndində qeydə alıb.

Belə ki, kənd sakini 1984-cü il təvəllüdlü Alqayıt Cavanşir oğlu Nəsirovu ilan sancıb. Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsində müşahidə altında saxlanılır.

Share: