İslandiyanın Moskvadakı səfirliyi fəaliyyətini dayandırır

İslandiya xarici işlər naziri Tordis Qilfadottir avqustun 1-dən Moskvadakı səfirliyin işini dayandırmaq qərarına gəlib.

Bu barədə İslandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş bəyanatda bildirilib.

“Rusiya ilə mədəni və ya siyasi əlaqələr ən aşağı səviyyədədir. Buna görə də İslandiyanın Moskvadakı səfirliyinin fəaliyyətinin saxlanması artıq özünü doğrultmur”, – deyə nazir qeyd edib.

O həmçinin əlavə edib ki, Moskva ilə Reykyavik arasında münasibətlərin yaxşılaşması Kreml tərəfindən qəbul edilən qərarlardan asılıdır.

Qilfadottir eyni zamanda vurğulayıb ki, İslandiya səfirliyinin işini dayandırlması qərarı diplomatik münasibətlərin başa çatması demək deyil. “Şərtlər imkan verən kimi İslandiya Moskvada İslandiya səfirliyinin yenidən açılmasınl nəzərdən keçirəcək”, – deyə  o bilidirb.

Mənbə: Lenta.ru

Share: