İslamiada: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi finala yüksəlib

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.

Azərbaycanın həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olacaq. Bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüş İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

 

Share: