İslamiada: Azərbaycanın qadın həndbol millisinin yarımfinaldakı rəqibi müəyyənləşib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında yarımfinala adlayan Azərbaycanın qadın voleybol millisinin rəqibi müəyyənləşib.

“Report”un məlumatına görə, bu, dünən A qrupunda meydan sahibi Türkiyəyə 29:42 hesabı ilə uduzmuş Özbəkistan millisidir.

Özbəkistan bununla da yarımfinalda B qrupunun lideri Azərbaycanın rəqibi olub.

Qeyd edək ki, Azərbaycan – Özbəkistan görüşü sabah keçiriləcək. Həmçinin həmin gün Türkiyə ilə Kamerun finala çıxmaq üçün mübarizə aparacaq.

Share: