İşlənmiş batareya təhvil verənlərə ağac tingləri paylanıldı

“Bir ağac-min nəfəs” aksiyası bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib və vətəndaşlardan ümumi tutumu 123 litr olan plastik, 9 litr şüşə tullantı və 44 ədəd işlənmiş batareya təhvil götürülüb, əvəzində vətəndaşlara ağac tingləri paylanılıb.

APA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır.

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya 18 noyabr tarixində saat 11:00-da Binəqədi-Xırdalan şossesində yerləşən hipermarketin qarşısında keçiriləcək.

Share: