İŞİD lideri ABŞ xüsusi təyinatlılarının əlinə keçməmək üçün özünü və ailəsini məhv etdi

ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində həyata keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderini zərərsizləşdiriblər. Bu barədə məlumatı ABŞ prezidenti Co Bayden əməliyyatdan sonra xalqa müraciəti zamanı açıqlayıb.

Baydenin sözlərinə görə, burada söhbət İŞİD-in əsas lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşidən gedir. O əlavə edib ki, əməliyyatda iştirak edən bütün amerikalı hərbçilər xəsarət almadan geri dönüblər. Qeyd edilib ki, əl-Qüreyşi partlayıcı qurğunu özü işə salıb.

 

Əməliyyat zamanı bəzi insidentlər oldu. Belə ki, ABŞ helikopterlərindən birində texniki nasazlıq yarandı və hərbçilər onu məhv etməli oldular. “Qərara alındı ​​ki, onu növbəti yerə aparmağın və ya geri qayıtmağın mənası yoxdur… Bunun heç bir düşmənçilik hərəkəti ilə heç bir əlaqəsi yoxdu”, – bəyanatda deyilir.

Prezidentin sözlərinə görə, Suriyanın Həsəkə şəhərindəki həbsxanaya son hücuma görə məsuliyyət daşıyan məhz əl-Qüreyşi olub. Həbsxanaya hücum İŞİD-in 2019-cu ilin yazından bəri ən böyük əməliyyatıdır. Bayden həmçinin deyib ki, İŞİD liderinin ləğvi zamanı ABŞ hərbçiləri dinc insanların həlak olmasının qarşısını almaq üçün hər şeyi etməyə çalışıb.

 

Eyni zamanda “The Washington Post” qəzeti əməliyyat nəticəsində azı 13 günahsız insanın həlak olduğunu yazıb. (Lenta.ru)

Xatırladaq ki, İŞİD-in əvvəlki lideri Əbu Bəkr əl-Bağdadi olub. Əl-Bağdadi də Amerika xüsusi təyinatlılarının əlinə keçməmək üçün özünü, bir neçə arvadını və uşaqlarını partlatmışdı.

Share: