İş yoldaşlarının bu addımı şəhid anasını kövrəltdi — Video

Bu gün ölkəmizdə şanlı zəfər tariximizin qəhrəmanlarının anım günü qeyd edilir. Bu tarixin hər vərəqində minlərlə qəhrəmanın adı qızıl hərflərlə yazılıb. Onlardan biri isə “156 Evakuasiya” xidmətinin şəhədatə ucalmış operator əməkdaşı Murad Məmmədovdur.  Murad 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canını vətənə fəda etmişdir.

“Qafqazinfo” xəbər verir ki, onun xatirəsinə ehtiram əlaməti olaraq “156 Evakuasiya” xidmətinin əməkdaşları sentyabrın 25-i, şəhid Murad Məmmədovun doğum günündə onun şəkli həkk olunan köynəklər hazırlayıb.

Şəhidin 120-dən çox iş yoldaşı şəhərin müxtəlif nöqtələrində gün ərzində bu köynəklərlə işlərini icra ediblər. Daha sonra isə şəhidin anasına ziyarət edərək, onun məzarı üstünə gül çələngləri düzüblər. Onların bu addımı şəhid anasının göz yaşlarına səbəb olub.

Sözügedən gündən kadrları təqdim edirik: 

 


Share: