İrina Şeyk Kann Festivalında diqqət mərkəzində — Fotolar

Dünyaca məşhur rus model İrina Şeyk qatıldığı Kann Film Festivalında geyim seçimi ilə diqqət mərkəzində olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Şeyk festival çərçivəsində keçirilən iki müxtəlif tədbirə qatılıb.

Modelin geyimləri bir çoxları tərəfindən bəyənilsə də, bəziləri həmin libasların hazırkı dəblə ayaqlaşmadığını bildirib.

Sosial şəbəkə izləyiciləri isə 37 yaşlı modelin bədən quruluşunu ideal hesab ediblər.


Share: