İranla Misir diplomatik münasibətləri bərpa etməyə hazırlaşırlar

İran və Misir nümayəndə heyətləri İraqda danışıqlar aparır və yaxın vaxtlarda diplomatik münasibətləri bərpa etməyə hazırlaşırlar.

Bu barədə bazar günü İran Məclisinin (parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maliki bildirib.

“İran və Misir arasında danışıqlar İraqda davam edir və iki ölkə arasında münasibətlər yaxın vaxtlarda bərpa olunacaq”, – parlamentari deyib.

Onun sözlərinə görə, əvvəlcə iki dövlətin səfirlikləri açılacaq, bundan sonra İran prezidenti İbrahim Rəisi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında görüş təşkil olunacaq.

Qeyd edək ki, Tehran və Qahirə arasında diplomatik əlaqələr 1980-ci ildə İran İslam İnqilabından sonra Misirin devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsi və həmçinin Ərəb Respublikasının İsraillə sülh müqaviləsi imzalaması səbəbindən kəsilib. Ölkələr arasında münasibətlərin normallaşması kursu yalnız 2010-cu ildən sonra aparılsa da, rəsmi olaraq bu münasibətlər bərpa olunmayıb.

Mənbə: TASS

Share: