İranın XİN rəhbəri Lavrovla görüşəcək

Avqustun 31-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya işgüzar səfərə gedəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlar aparacaq. 

“Avqustun 31-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada işgüzar səfərdə olacaq və bu səfər zamanı Rusiya xarici işlər naziri Sergey Viktoroviç Lavrovla danışıqlar aparacaq. ”, – Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlərin danışıqlarda enerji və nəqliyyat sahəsində əsas birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəyi gözlənilir:

“İkitərəfli gündəliyin, ilk növbədə, enerji və nəqliyyat sahəsində əsas birgə layihələrin həyata keçirilməsi kontekstində onun ticarət-iqtisadi komponentinin, habelə elmi-texniki, mədəni əlaqələrin  və humanitar əlaqələrin qurulması perspektivlərinin müzakirəsi planlaşdırılır”.

Qeyd olunur ki, tərəflər həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyəti, Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqazda və Xəzər dənizi ətrafında vəziyyəti müzakirə edəcəklər.

 


Share: