İrandan savaşa səbəb ola biləcək BƏYANAT: Qəti qərar…

İran nüvə sazişi üzrə Birgə Hərtərəfli İş Planının şərtlərinə qayıtmaqdan imtina edib.

Müstəqil.Az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Vyanada beynəlxalq danışıqlardan sonra İranın nümayəndəsi Abbas Arakçi bildirib.

“Müəyyən irəliləyiş oldu, amma, düşünürəm ki, bu, bizi kursu dəyişdirməyə məcbur etmək üçün hələ kifayət etmir. Ancaq, qəti qərar Tehranda qəbul ediləcək”, – o, nüvə sazişi üzrə iştirakçı ölkələrin nümayəndələri ilə dörd saatdan çox davam etmiş görüşdən sonra deyib.

Onun sözlərinə görə, avropalılar hələ İran neftini almağa başlamayıblar və bu, İslam Respublikası üçün əsas şərt idi.

Danışıqların bütün iştirakçıları çox tezliklə daha bir görüşün keçirilməsi barədə razılaşıblar.

Xatırladaq ki, İran hakimiyyəti Avropa ölkələrinin xahişlərinə baxmayaraq, iyunun 19-da nüvə sazişindən çıxış haqqında öz ultimatumunun müddətini uzatmaqdan imtina edib. İyunda 17-də bildirilirdi ki, ən yaxın 10 gün ərzində İran nüvə sazişiylə nəzərdə tutulmuş az zənginləşdirilmiş uranın limitini keçəcək.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dair Vyana görüşündən sonra Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmid isə İranla İNSTEX (İnstrument in Support of Trade Exchanges – Ticarət mübadilələrinə dəstək aləti) ödəmələr mexanizminin işə salındığını, artıq ilk köçürmələrin icra olunduğunu bildirib.

H.Şmid “Twitter”dəki səhifəsində MƏP birgə komissiyasının Vyana iclasında səmərəli müzakirələr aparıldığını, habelə Ərək və Fordou layihələrinə dair irəliləyiş əldə olunduğunu qeyd edib: “Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli yerinə yetirilməsi başlıca vəzifə olaraq qalır”.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk İrandan xam neft ixal edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edəcəklərini açıqlamışdı.

Müstəqil.Az

Share: