İranda “Sepah” zabitlərinə hücum olub: Ölən və yaralananlar var

İranın Fars əyalətinin Nurabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daxil olan “Bəsic” birləşməsinin zabitlərinə silahlı hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə Fars əyalətinin rəhbərinin siyasi məsələlər üzrə müavini İsmayıl Kazal Sofli məlumat verib.

“İki naməlum şəxs “Bəsic” qüvvələrinin əməkdaşları istiqamətində nizamsız atəş açıb. Nəticədə bir zabit ölüb, üç nəfər xəsarət alıb”, – rəsmi bəyan edib.

Onun sözlərinə görə, naməlum şəxslər hadisəni motosikletdə hərəkət edərək törədiblər. Şübhəli şəxslər hadisə yerindən qaçıblar. Onların axtarışına başlanılıb.

Mənbə: IRNA

Share: