İranda polis maşınına bomba atıldı

İranın Sistan-Bəlucistan vilayətində terror aktı törədilib.

Zahidan şəhərində polis patrul avtomobilinin qarşısına bomba atılıb.

Terrorçular bombanı atdıqdan sonra qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hadisə nəticəsində avtomobilə zərər dəyib və dörd polis əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə gələn İranın xüsusi xidmət orqanları təhqiqat aparırlar. Terror aksiyasını törədən şəxslərin foto-robotu hazırlanıb və onların axtarışı davam edir.

Müstəqil.Az

Share: