İranda koronavirusdan ölənlərin sayı 138 mini ötüb

İranda ötən sutkada 5841 nəfər koronavirusa yoluxub.

Müstəqil.Az  xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, bir gündə 144 nəfər COVID-19-dan ölüb ki, bununla İranda virusdan ölənlərin sayı 138 260 nəfərə çatıb.

Müstəqil.Az

Share: