İranda iki polis məntəqəsinə hücum olub

İranın cənub-şərqindəki Sistan və Bələcistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

xəbərə verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum edənlər “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olublar.

“Bir neçə dəqiqə əvvəl Rask və Çabahar polis bölmələrində terror aktı baş verib”, – deyə qubernatorun müavini Əlirza Mərhəməti bildirib.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Share: