İranda etirazçıya ölüm cəzası verildi

İran məhkəməsi Tehran vilayətində etirazçılardan biri barəsində ilkin ölüm hökmü çıxarıb.

Məlumata görə, saxlanılan şəxs hökumət binasını yandırmaqda və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

Bundan əlavə, dincliyi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə təqsirləndirilən digər etirazçılara qarşı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 5 məhkəmə qərarı çıxarılıb.

Bildirlib ki, bu hökmlər ilkin hökmdür və onlardan apellyasiya məhkəməsinə şikayət verilə bilər.

Mənbə: TASS

Share: