İranda çərşənbə mərasimlərində 26 nəfər ölüb, 4360-dən çox yaralı var

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı artıb.

xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Ölənlərin sayı 26-ya çatıb.

Bildirilib ki, şənliklərdə yaralananların sayı 4360-ü keçib.

İranın fövqəladə hallar xidmətinin rəhbərinin sözlərinə görə, bayram günlərində 1400-ə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1800 çağırış daxil olub, 2 paytaxt sakini ölüb.

***

Saat 03:22

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı artıb.

xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Ölənlərin sayı 14-ə çatıb.

Bildirilib ki, şənliklərdə yaralananların sayı 3200-ü keçib.

Tehran Bələdiyyəsi Xilasetmə Qrupunun sözçüsü Cəlal Mələki açıqlamasında ümumilikdə 6416 təcili çağırış alındığını və yanğınsöndürmə briqadalarının 230 hadisəyə müdaxilə etdiyini bildirib.

***

12.03.2024

Saat 13:49

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə 10 nəfər ölüb, 424 nəfər yaralanıb.

xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar təşkilatının rəhbəri bildirib.

Qeyd edilib ki, bu, ötən illə müqayisədə 24% çoxdur.

O da bildirilib ki, 37 nəfərin əzaları amputasiya edilib, 138 nəfərin gözü zədələnib, 196 nəfər isə yanıq xəsarəti alıb.

Share: