İranda 7,5 min nəfər koronavirusa yoluxdu, 88 ölüm

İranda ötən sutka ərzində 7 593 nəfər koronavirusa (COVID 19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bununla da İranda bu virusa yoluxanların sayı 1 746 953 nəfərə çatıb. Virus daşıyıcılarından 3 831 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 88 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 61 230 nəfərə yüksəlib.

Müstəqil.Az 

Share: