İranda ən böyük uran yatağının işlənməsinə başlanılıb

İranda ölkənin mərkəzindəki Yəzd əyalətinin Bafq bölgəsində uran yatağının işlənməsinə başlanılıb.

Bu, İranda ən böyük yataqdır. Onun ehtiyatları təxminən 650 ton uran metalı və 4600 ton molibden metalı səviyyəsində qiymətləndirilir.

Yataqların istismarına başlanması münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə İranın Atom Enerjisi Təşkilatının (AEOI) direktoru Məhəmməd İslami iştirak edib.

Mənbə: mk.ru

Share: