“İrana zərbələr endirmək lazımdır” — Podolyak

“Dronların və ballistik raketlərin istehsalına görə İrana zərbələr endirmək lazımdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak jurnalistlərə açıqlaması zamanı bildirib.

O qeyd edib ki,  İranı dron tədarük etdiyinə görə cəzalandırmaq lazımdır:

“Yalnız sanksiya və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına görə İrana konkret zərbələr endirmək olar. Belə bir dövlət cəzasız bunu davam etdirə bilməz”.


Share: