İrana qarşı növbəti  sanksiyalar: Ameriaknın hədəfləri və gözlənilən nəticələr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp seçkilər zamanı verdiyi vədləri yerinə yetirməkdə davam edir. O, İranla P5+1 ölkələri arasında müqavilədən təkbaşına çıxdıqdan sonra noyabrın 5-də İrana qarşı sanksiyaların ikinci mərhələsini tətbiq etməyə başladı.

Trampın prezidentliyi dövrünə təsadüf edən bu sanksiyalar Amerika tərəfindən tətbiq olunan növbəti sanksiya kimi qiymətləndirilir. Buna qədər İrana qarşı ABŞ, BMT, Aİ tərəfindən müxtəlif məqsədlər güdən sanksiyalar tətbiq olunub.

İslam İnqilabının ilk günlərində iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edib Amerika vətəndaşlarını girov götürdülər və bununla sanksiyaların hədəfinə tuş gəldilər.

 

1995-ci ildə Bill Klintonun Prezidentliyi dövründə Amerika şirkətlərinə İranla ticarət etmək qadağan olundu, İrana investisiya qoyanlar cəzalandırılmağa başladı. Eyni zamanda digər ölkələrdən olan və İranın enerji sektoruna 20 milyondan artıq investisiya qoyan şirkətlər təqib olunmağa başladı.

2006-cı ildə Amerikanın ciddi təzyiqi nəticəsində BMT tərəfindən İrana yeni sanksiyalar tətbiq olundu.

Barak Obama da sanksiya məsələsində sələflərindən geri qalmadı. Hakimiyyətə gəldikdən bir il sonra İranın bank və enerji sektorunu hədəf alan yeni sanksiyalar dalğası tətbiq olunmağa başladı. Çox keçmədi ki, ABŞ-ın lobbiçiliyi, bəzən də açıq hədəsi sayəsində Avropa Birliyi də İrana qarşı sanksiyalara qoşuldu.

Yuxarıda sadalanan və sadalanmayan irili xırdalı sanksiyalar İranın normal dövlət kimi inkişafını ləngitsə də onun iqtisadiyyatı və hərbi sənayesini tamamilə sıradan çıxara bilməmiş, Qərb dairələrinin İslam hakimiyyətini  parçalamaq kimi hədəflərinə qovuşdurmamışdı.

Növbəti sanksiyalar mütəxəsislərin fikirləri və Tramp administrasiyasının ciddi-cəhdlə elan etdiklərinə görə əvvəlkilərdən köklü şəkildə fərqlənir. Çünki indi hakimiyyətdə olanlar əvvəlki sanksiyaları diqqətlə öyrənmiş və onların mənfi cəhətlərini müəyyən etmişlər. Yəni bu dəfə əvvəlki səhflərin  təkrar olunmaması üçün yetərincə tədbirlər planı hazırlanıb. ABŞ Dövlət Katibi Mayk Pompeonun bəyanatına görə sanksiyaları nəzərə almadan İran İslam Respublikası ilə iqtisadi əməkdaşlığa qoşulan bütün ölkələr ciddi cəzalandırılacaq. Yəni bu  sanksiyalar yeni sanksiyalar gətirəcək.

Belə isə İrana qarşı növbəti sanksiyanın hədəfi nədir? Həqiqətənmi elan olunduğu kimi İran nüvə tədqiqatı sahəsində fəaliyyətini tam dayandırmayıb?

Təbii ki, nüvə sahəsində tədqiqatlara yenidən müraciət etməyin Amerika üçün bir bəhanə olduğunu Ameriakada, Avropada və İranda gözəl başa düşürlər . Əsas məqsəd İranın orta mənzilli və ballistik raket sahəsində tədqiqatlarını dayandırmaq və Orta Şərqdə onun artan nüfuz və qüdrətinin qarşısını kəsməkdir. Təbii ki, bu məsələdə istiqamət verən İsrail və onun yanında yer tutan Səudiyyə Ərəbistanı Krallığıdır. Bu da təsadüfi deyil. Çünki Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların heç biri istənilən nəticəni verməyib. İranın gündən-günə güclənən ekspansiyasının qrşısında davam gətirmık mümükün deyil. İran tədricən bütün Orta Şərqi çəmbərə almaqdadır.

Hadisələrin bundan sonra hansı istiqamətdə gedəcəyi müxtəlif formada proqnozlaşdırılır:

  • İran vəziyyəti olduğu kimi saxlamağa çalışır, Amerikadan fərqli nüvə müqaviləsindən çıxmır, iqtisadi əməkdaşlığı Çin, Rusiya, Şimali Koreya ilə davam etdirir. Bu vəziyyətdə Amerika digər iki dövləti də İrana qatır.
  • İran iqtisadi vəziyyətin pisləşməsi nəticəsində ölkədə baş verən narazılığa davam gətirməyərək Amerikanın diqtə etdiyi şərtlər daxilində müqavilə imzalamaq üçün danışıqlar stolunda əyləşir. Bu Tehran Rejiminin tam təslimi olardı və iflası olardı;
  • İran kompramis olara qarşısına qoyulan iki məsələdən biri üzrə razılaşır, digər məsələ ilə əlaqədar danışıqlar prosesi başlayır, sanksiyalar yüngülləşdirilir;
  • Daha ciddi sanksiyalar tətbiq olunmaqla İran daxilində qarışıqlıq yaradılır və hakimiyyət yeni qüvvələrin əlinə keçir, bu qüvvələr Qərblə kompromis yolunu tapırlar;
  • Tehran sanksiyaların əvəzini Suriya, İraq və Yəməndə yeni həmlələrlə çıxır. Belə olan halda ona qarşı müharibəyə qədər daha ciddi tədbirlər ortaya qoyula bilər.

Bu variantlardan hansının həqiqətə daha yaxın olacağını gələcək günlərdə müşahidə edəcəyik.

Əlimusa İbrahimov

Politoloq.

 

 

 

Share: