İran yaxın 48 saata müharibəyə başlaya bilər

Müstəqil.az “Politekspert” saytına istinadən xəbər verir ki, İran yaxın 48 saata İsrailə qarşı müharibəyə başlaya bilər. Bu barədə ətraflı olaraq  İsrailin Newsru.co.il. xəbər portalında məlumat verilir.
İsrail televiziyasının 10-cu kanalı xəbər verir ki, xeyli israillilər messencerlərində Tehranın yaxın iki gün ərzində İsrailə müharibə elan edəcəyi barədə xəbərlər alırlar.
Gələn xəbərlərdən məlum olur ki, müharibə olacağı ehtimalı indiki kimi heç vaxt bu qədər yaxın olmayıb. Xəbər portalının bu nəticəyə gəlməsi İsrailin baş naziri Benyamin Netanyahunun ölkənin müdafiə nazirliyinin kompleksindən millətə olan müraciətinin bu saatlarda, yəni 30 aprel 2018-ci il 20.00-da  translyasiyasından sonra baş verib.
İsrail dövlətinin baş naziri birbaşa efirdə bəyan edib ki, yəhudi dövlətinin kəşfiyyatı MOSSAD İranın  nüvə silahlarına malik olduğu barədə geniş informasiyalara malikdir. Bu barədə 55 000 səhifəlik sənəd İranın nüvə proqramı olduğunu xüsusilə Amad layihəsi sübut edir. Məlumatlar 183 diskə yüklənib. Məxvi məlumatlar ilk dəfə olaraq açıqlanır. İranın arsenalında minimum 10 kiloton gücündə 5 atom döyüş başlıqlarının olması haqqında təkzibolunmaz sübutlar var. Bütün məlumatlar ABŞ-a göndərilib və orda dərin təəccüb və çaşqınlıq yaranıb.
Bu dəqiqələrdə Vaşinqton və İsrailin İran nüvə problemi ilə əlaqədar qərarı gözlənilir. Benyamin Netanyahu inanır ki, qərar-hökm vəziyyəti nəinki Yaxın Şərqdə, bütün dünyada dəyişə bilər. İsraildə və bütün dünyada sülhün təmin olunması haqqında prinsipial qərar qəbul olunacaq. Bu gün İsrail real müharibənin qapısı ağzındadır və bu dəqiqələrdə yəhudi dövlətinin hava məkanının təcili olaraq bağlanması da bunu sübut edən faktlardan biridir.

Share: