İran XİN-in saytına haker hücumu edildi

İran Xarici İşlər Nazirliyinin rəsmi saytı haker hücumuna məruz qalıb.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, nazirliyin saytı hücum səbəbindən bir müddət işləməyib. 

Hadisədən sonra XİN-in saytında ana səhifədə “Xameneyiyə ölüm, yaşasın Rəcəvi” sözləri yazılıb. Bununla yanaşı, bir qrup haker İran XİN-in bir çox məxfi sənəd və materiallarını, eləcə də nazirlik əməkdaşlarının şəxsi məlumatlarını ələ keçirdiklərini iddia edib. 

İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani isə nazirliyin məxfi sənədlərinin ələ keçirilməsi barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, yalnızca saytın interfeysi haker hücumuna məruz qalıb.

O bildirib ki, bütün lazımi tədbirlər görülüb və sayt artıq istifadə üçün açıqdır.


Share: