İran XİN başçısı sabah Türkiyəyə gedir

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, səfər martın 8-i tarixində baş tutacaq.

Səfər zamanı Abdullahianın Ankarada türkiyəli həmkarı ilə görüşməsi, eyni zamanda zəlzələnin baş verdiyi Adıyaman vilayətinə də səfər etməsi nəzərdə tutulub.


Share: