İran S-300 komplekslərini Fars körfəzinə yönəldir – VİDEO

İran hərbçiləri S-300 zenit-raket koplekslərini Fars körfəzinə yaxın toplayır.

“Anna-News” xəbər verir ki, raket komplekslərinin yerdəyişməsi ABŞ hərbi-dəniz qüvvələrinin körfəzdə aktivliyinə cavab olaraq həyata keçirilir.

S-300-lər atom elektrostansiyası olan Buşir şəhəri ətrafında yerləşdirilir.

Raket komplekslərinin trallar vasitəsi ilə daşınmasını təsdiqləyən kadrlar İnternetdə yayılıb.   (oxu.az)

 

Share: