İran Rusiyanı PUA ilə təmin edib — ABŞ-dan iddia

 

ABŞ administrasiyası İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyini iddia edir.

Müstəqil.Az “Qafqazinfo” ya istinad edərək xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Rusiya avqust ayında İrandan Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarını (PUA) alıb. Rusiya nəqliyyat təyyarələri İran aerodromunda PUA avadanlığı ilə yüklənib, daha sonra İrandan uçublar. Biz bunu görürük”, –  Ağ Evin mətbuat katibi Karin Jan-Pier bildirib.

Müstəqil.Az

Share: