İran orbitə yeni peyk buraxıb

İran orbitə yeni peyk buraxıb. KİV-lərin məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi Hava Qüvvələri bu gün “Nur 2” adlı peyki orbitə çıxararaq yerin 500 kilometrliyində yerləşdirib.

Bu peyk “Qasid” raketilə İranın Şahrud bölgəsindən orbitə buraxılıb.

Kəşfiyyat və dəyərləndirmə məqsədilə orbitə buraxılan “Nur 2” peyki saniyədə 6/7 kilometr hərəkət edir. Peyk orbitə buraxıldıqdan 480 saniyə sonra yerin 500 kilometrliyində yerləşib.

Müstəqil.Az

Share: