İran hicab qaydasını pozanları cəzalandıracaq

İranda məcburi hicab qaydasını pozanların cəzalandırılacağı bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei deyib.

Ejei bəzi qadınları məcburi hicab qaydasını pozduqlarına görə tənqid edib.

Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi məcburi hicab qanununa qarşı davranışları hədəf alan bəyanat yayıb.


Share: