İran Ermənistana satdığı qazın həcmini artırmağa hazırdır – Ruhanidən BƏYANAT

İran prezidenti Həsən Ruhani ölkəsinin Ermənistana ixrac etdiyi qazın həcmini artırmağa hazır olduğunu bəyan edib.

Modern.az saytının İran KİV-nə istinadən məlumatına görə, Ruhani bu haqda Ermənistanın baş naziri Nikaol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, İranla Ermənistan arasında əlaqələrin daha da dərinləşməsi üçün kifayət qədər motivasiya və iradə var.

Dövlət başçısı ABŞ-ın rəsmi Tehrana qarşı sanksiya siyasəti ilə bağlı Ermənistanın tutduğu mövqeni yüksək qiymətləndirib.

Qeyd edib ki, İran Tehranla Yerevan bütün sahələrdə qarşılıqlı maraq doğuran sahələrdə münasibətləri dərinləşdirməyə hazırdır.

Müstəqil.Az

Share: