İrəvandakı toqquşmalarda 34 nəfər yaralandı – YENİLƏNİB + VİDEO

İrəvanda Ermənistan hökumət binası yaxınlığında baş verən toqquşmalarda 16-sı polis olmaqla azı 34 nəfər yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hökumət binası yaxınlığında baş verən qarşıdurma nəticəsində, ilkin məlumatlara görə, 16-sı polis, 18-i mülki şəxs olmaqla 34 nəfər xəsarət alıb. Onlardan 17-nə lazımi tibbi yardım göstərilib və evə buraxılıb”,- məlumatda bildirilib.

İrəvan Ağsaqqallar Şurasına seçilən “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan isə Respublika meydanında qurulan çadırlarda gecə-gündüz etiraz aksiyası keçirməyi planlaşdırır. Onun və etirazçıların əsas tələbi Nikol Paşinyanın istefasıdır.

“Bu meydan mənim mənzilimə çevrilir. Paşinyanın istefasına nail olana qədər mən buradan getməyəcəyəm. Çadırlar qurub burada qalacağıq”, – Tevanyan bildirib.

Mənbə: TASS

23:33

İrəvanda hökumət binası qarşısındakı etirazçılar dağılışmağa başlayıblar.

Hazırda Ermənistanda əsas diqqət Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına yönəlib.

Qeyd edək ki, Rusiya diplomatik missiyasının əməkdaşları hələ də binanı tərk edə bilmirlər.

21:25

İrəvanda əhali hökumət binasının qarşısına toplaşaraq Paşinyan hökumətinə qarşı etiraz aksiyası keçirir.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunur ki, şəhərdəki iğtişaşlar partlayışlarla müşayiət olunur. Etirazçılarla polis arasında toqquşmalar yaşanır.

 

Share: