İrəvanda polis bölməsinə hücumla bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb

İrəvanda polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.

xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsinin mətbuatı katib Qor Abrahamyan bildirib ki, polis bölməsinə basqın faktı əsasında Ermənistan Respublikası Cinayət Məcəlləsinin 308-ci (terrorçuluq) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, üç silahlı şəxs Nor-Nork polis idarəsinin inzibati binasına daxil olmağa cəhd edib.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində iki nəfər yaralanıb.

Share: