“İrəvan” Futbol klubunda daha bir yenilik…

“İrəvan” FK daha bir yeniliyə imza atdı.
Belə ki “İrəvan ” FK -nın futbol komandasından əlavə olaraq uşaq Futbol Akademiyasını da gücləndirir.Bu münasibətlə ASK Arenada klubun akademiyasına daha 5 idmançı – Azər Natiq oğlu Şirinov,
Dərya Mirzə oğlu Mirzəyev,
Anar Zaur Quliyev,
Əli Azər oğlu Hüseynov və
Nurlan Tahir oğlu Qurbanov
transfer olunub.Kluba yeni qəbul olunan idmançıları ictimaiyyətə təqdim edən “İrəvan “FK-nın prezidenti Zahid Niyazəliyev bildirib ki, avqust ayının sonunadək bir neçə tanınmış futbolçuların kluba transfer olunacağı da gözlənilir.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

“İrəvan “FK-nın mətbuat xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı

           

Share: