İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında gender günü elan edildi — Fotolar

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işini davam etdirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün konfrans çərçivəsində gender günü elan edilib.

Eyni zamanda, ölkələr 15-16 noyabr tarixlərində keçiriləcək yüksək səviyyəli seqmentin ikinci hissəsinə hazırlıq görüşlərində iştirak edib. Bununla yanaşı, konfrans nümayəndələri iqlim dəyişmələri üzrə birinci qlobal yekunların texniki dialoqunu başa vurub.

Konfransda Paris Sazişinin həyata keçirilməsi və iqlim tədbirlərinin sürətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən prosesin gedişatı müzakirə olunub.

İştirakçılar iqlimə təsirlərin azaldılması, uyğunlaşma və həyata keçirilməsi vasitələrini (iqlim maliyyəsi, texnologiya transferi və potensialın yaradılması) ən yaxşı mövcud elmi araşdırmalarla paylaşıblar.

Konfransda, həmçinin iqlim həllərinin reallaşdırılması yolunda duran maneələr müzakirə obyekti olub.

Dialoqların keçmiş fəaliyyətlərin qiymətləndirilməsinə yönəlməsinə baxmayaraq, daha iddialı iqlim tədbirləri və dəstək yollarının araşdırılması üçün Tərəflər bir araya gəlib.

Qeyd edək ki, Paris Sazişinə əsasən, qlobal temperatur artımını 1,5 dərəcə C ilə məhdudlaşdırmaq məqsədinə nail olunması üçün 2030-cu ilə qədər qlobal emissiyalar təxminən iki dəfə azaldılmalıdır.

Konfransda iqlimə təsirlərin öhdəsindən gəlmək üçün baş verən  transformasiya uyğunlaşmasının vacibliyi bir daha vurğulanıb.


Share: