İNSANLIQLA PEŞƏKARLIĞIN VƏHDƏTİ

 

İstər bəstəkar ol, istər nəqqaş ol,
Şair ol, rəssam ol, heykəltəraş ol,
Yaratdığını şərəflə yarat,
Hamıdan yüksək ol, hamıdan baş ol.
M. Müşfiq
Böyük şairimizin hikmət dolu bu misraları, bütün peşə və sənət adamlarına bir ucalıq çağırışıdır. Dünyanın könlü insanlığa sevgi ilə dolu olan bütün insanları ulu Tanrının xeyirxah mələkləridir. Ağrı və ziddiyyətlərlə dolu olan zamanımız, məhz bu insanların çiynində ümidinə güvəndiyimiz sabahlara doğru hərəkətdədir.
Bu günlərdə həyatımın ritmini pozmuş ciddi ağrılarla Yasamal Hospitalın ginekologiya şöbəsinə müraciət etməli oldum.
Gözəl xanım, peşəkar həkim Arzu İsmayılova ciddi müayinələrdən sonra mənim cərrahi əməliyyata ehtiyacım olduğunu, əks halda bunun sağlamlığım üçün ciddi fəsadlar yaradacağını diqqətimə çatdırdı. Məhz onun rəhbərliyi ilə üzərimdə uğurlu cərrahiyyə əməliyyatı aparıldı. Doğrusu, dəfələrlə bəzi tibb müəssisələrində laqeyd münasibətlə üzləşdiyimdən, burda da eyni halı gözləyirdim. Amma hər şey düşündüyümün əksinə oldu. Tibb personalından gördüyüm yüksək insani və peşəkar münasibət məni düşüncələrimdə yanlış olduğuma inandırdı. Bax, budur peşəkarlıq və insanlıq nümunəsi. Bu qayğıkeşliyə görə Arzu xanım İsmayılova başda olmaqla, Yasamal Hospitalın bütün kollektivinə təşəkkürümü bildirməklə, ən xoş arzularımı ünvanlayıram. Var olun!

Nümunə EYNULLAYEVA
Nərimanov rayonu 193 saylı tam orta məktəbin müəllimi

Share: