İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub məlum oldu

“Sauthempton” növbəti mövsüm Premyer Liqadan kənarda qalacaq.

Komanda 36-cı turda “Fulhem”ə uduzaraq (0:2) yüksək liqada qalmaq şanslarını itirib. Klub hazırda 24 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Turnirin bitməsinə 2 matç qalmış onu bu aqibətdən xilas edə biləcək 17-ci yerdən 8 xal ayırır.

Qeyd edək ki, “Sauthempton” 2012/13 mövsümündən Premyer Liqada çıxış edir. Komanda daha əvvəl 1974 və 2005-ci illərdə Çempionşipə düşüb.

Mənbə: sports.ru

Share: