İngilis futbolçu “Real”a keçmək üçün “Mançester Siti”nin təklifini rədd etdi

“Borussiya”nın (Dortmund) futbolçusu Cud Bellinqem “Real”a (Madrid) keçmək istəyir.

İngiltərə millisinin üzvü “Mançester Siti”dən aldığı təklifi rədd edib. “Şəhərlilər” ona illik 15 milyon avro məvacib verməyə hazır olublar.

“Real” bir müddətdir, 19 yaşlı yarımmüdafiəçiyə maraq göstərir. Yayda keçidin 130 milyon avroya reallaşacağı bildirilir.

Bellinqemin “Borussiya” ilə 2025-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm Dortmund klubunun heyətində bütün turnirlərdə 40 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Marca

Share: