İndoneziya sahilində zəlzələ olub

İndoneziyanın cənub-şərq sahilinidə, Arafur dənizində 5,1 maqnitudalı zəlzələ olub.

xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Yeraltı təkanların episentri İndoneziyanın Tual şəhərindən (əhali: 93 min) 174 km şimal-şərqdə olub. Yerli vaxtla 08:56-da (Bakı vaxtı ilə 03:56-da) qeydə alınmış zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Dağınt və tələfat barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.

Share: